FINTEX SAMMIT ONLAYN VISA ilə tərəfdaşlıq çərçivəsində 28-29 yanvar 2021 –ci ildə "BANK VƏ ÖDƏNİŞ EKOSİSTEMİNDƏ YENİ TRENDLƏR: İNNOVATİV HƏLLƏR, FİNTEXLƏR VƏ TƏHLÜKƏSİZLİK" mövzusunda keçiriləcəkdir.

Biz maliyyə-bank sektorunun iştirakçılarının dəstəklənməsi, onların doğru platforma üzərindən trendləri yaxından izləməsi, bilik və təcrübələrini bölüşməsi, yeni tərəfdaşlar tapması və öncəkindən də daha çox yeni imkanlar əldə etməsi məqsədi daşıyan FİNTEX SAMMIT ONLAYN-ın (MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ) yeni tarixini elan etməkdən məmnunluq duyuruq.

FİNTEX ONLINE sonsuz imkanlara malik virtual Sammitdir və özündə virtual auditoriya, virtual stendlər, virtual laundj, netvörkinq və digər üstünlükləri birləşdirir.

Fintex 2019-u xatırlayaq: https://www.youtube.com/watch?v=4edz27Cdc34&feature=emb_title

FİNTEX SAMMİTİN saytı və videosu:

Kifayət qədər tarixə malik olan Sammit bütün maraqlı tərəflərin bir araya gələrək, yeni fikirlər, təcrübələr bölüşdüyü, məhsullar təqdim etdiyi, bir-birlərindən öyrəndiyi, işgüzar əlaqələr qurduğu və maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu mükəmməl bir platforma olaraq özünü sübut etmişdir.

FİNTEX SAMMİT Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Sammit tənzimləyici orqanın, bankların, fintexlərin, assosiasiyaların, beynəlxalq maliyyə təşkilatların, yerli səfirliklərin, akademik dairələrin, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərarqəbuledicilər və influenserləri bir araya gətirir.

Sammitdə Sizlərlə aşağıdakı mövzuları müzakirə edəcəyik:

  • Maliyyə xidmətlərində gələcək risklər
  • Fintex: tərəfdaşlıq və əməkdaşlıq dövrü
  • Ödəniş ekosistemi: dəyişən vərdişlər
  • Platforma bankçılığı və rəqəmsal ekosistemlər
  • Alternativ maliyyələşmə
  • Müştəri təcrübəsi: bankçılıq və fintexin dəyişən dünyası
  • Kibertəhlükəsizlik əvvəlkindən daha da vacibdir
  • Data: bankçılıq və fintexin gələcəyi
  • Blokçeyn və rəqəmsal aktivlər
  • Tənzimləyici çərçivə: texnologiyanın tətbiqi

Sammit çərçivəsində “Maliyyə və Rəqəmsal Texnologiya Günləri” elan ediləcək və müxtəlif əlaqədar yan tədbirlər də (mitaplar vebinarlar, yarışmalar və s.) keçiriləcəkdir. 

Sizi aramızda görməyə çox şad olarıq.

Digər Xəbərlər