Haqqımızda

GBM Events beynəlxalq və regional sərgilər, forumlar, konfranslar, seminarlar, liderlik və motivasiya, həmçinin digər tədbirlərin təşkili üzrə ixtisaslaşmış şirkətdir. Biz inanırıq ki, inkişaf və tərəqqi yalnız qabaqcıl təcrübələrin bölüşülməsi və qarşılıqlı müzakirələr nəticəsində mümkündür.

İnnovasiya, nou-hau və kreativliyin təşviqi və yayılması üçün platformaların yaradılması bizim prioritetimizdir. 

Əsas fəaliyyət sahəmiz maliyyə-bank sektorunu əhatə edir. Ümumilikdə texnoloji yeniliklər və xüsusən də maliyyə texnologiyalarındakı yeniliklər, blokçeyn texnologiyası, kriptovalyutalar, eləcə də bu yeniliklərin gündəmə gətirdiyi təhlükəsizlik məsələləri şirkətlər, banklar və maliyyə sektorunun digər iştirakçıları qarşısına yeni struktur çağırışlar çıxarır, eyni zamanda istehlakçılar üçün yeni imkanlar açır.

Maraqlı tərəflərin yeni reallıqlar barədə müfəssəl şəkildə məlumatlı olmasına töhfə vermək, maliyyə institutlarının və digər şirkətlərin yeniliklərə dair uzunmüddətli vizyonunun formalaşdırılması və onları cari fəaliyyətlərində tətbiq etmələrinə imkan yaratmaq məqsədilə GBM Events beynəlxaq şirkətləri, iqtisad və maliyyə sahəsində tənzimləyici və nəzarət orqanlarının, mərkəzi bankların rəhbərləri, özəl və dövlət banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların, ixtisaslaşmış assosiasiyaların rəhbərləri, akademik dairələrin, beynəlxalq maliyyə institutlarının nümayəndələrini və digərlərini bir araya gətirir.

Vizyonumuz

Təşkil etdiyi müzakirə platformaları vasitəsilə maliyyə və digər institutların innovasiyaya, rəqəmsal transformasiyaya, desentralizasiyaya və təhlükəsiz fəaliyyətə istiqamətlənməsinə töhfə vermək, yenilikləri təşviq etmək, onları motivasiya etmək, gələcəyə doğru dəyişikliyə sövq etmək.

Missiyamız

İnnovativ texnologiyaların, qabaqcıl təcrübələrin, məhsul və xidmətlərin tədarükçülərini onların istifadəçiləri və digər maraqlı tərəflərlə bir araya gətirən platfoma olmaq, bütün iştirakçıların ehtiyaclarına fərdi yanaşmaqla, maraqların birləşməsinə şərait yaratmaq, inkişaf və təkmilləşmə məqsədi ilə davamlı əməkdaşlığın təmini üçün səy göstərmək.

About GBM Events