Fintex onlayn
Bank və ödəniş ekosistemində yeni trendlər:İnnovativ həllər, fintexlər və təhlükəsizlik
Sammit haqqında
Pandemiya həyatımızın demək olar ki bütün sahələrini, iş və həyat tərzimizdən maliyyə xidmətlərinin də əsas rol oynadığı xarici dünya ilə qarşılıqlı əlaqələrimizə qədər hər şeyi dəyişdi. Dünyanın özü kimi, maliyyə xidmətləri də bir daha əvvəlki kimi olmayacaq və bu xidmətləri təmin edənlər də dəyişməli, bütün bu yeniliklərə uyğunlaşmalı, əks halda səhnəni tərk etməlidirlər.
Bu yeni reallıqda maliyyə-bank sektorunun iştirakçılarının dəstəklənməsi, onların doğru platforma üzərindən trendləri yaxından izləməsi, bilik və təcrübələrini bölüşməsi, yeni tərəfdaşlar tapması və öncəkindən də daha çox yeni imkanlar əldə etməsi üçün FİNTEX SAMMIT ONLAYN (MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ) tədbirini keçirməyi qərara aldıq.
Tədbir VISA ilə 28-29 yanvar 2021-ci il tarixlərində “BANK VƏ ÖDƏNİŞ EKOSİSTEMİNDƏ YENİ TRENDLƏR: İNNOVATİV HƏLLLƏR, FİNTEXLƏR VƏ TƏHLÜKƏSİZLİK” mövzusunda keçiriləcək.
Kifayət qədər tarixə malik olan Sammit bütün maraqlı tərəflərin bir araya gələrək, yeni fikirlər, təcrübələr bölüşdüyü, məhsullar təqdim etdiyi, bir-birilərindən öyrəndiyi, işgüzar əlaqələr qurduğu və maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu mükəmməl bir platforma olaraq özünü sübut etmişdir.
FİNTEX SAMMİT Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Sammit tənzimləyici orqanın, bankların, fintexlərin, assosiasiyaların, beynəlxalq maliyyə təşkilatların, yerli səfirliklərin, akademik dairələrin, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərarqəbuledicilər və influenserləri bir araya gətirir.
Məruzəçilər




























































Gündəlik

Maliyyə xidmətlərində gələcək risklər
Qlobal məlumatlara çıxışın artmasına baxmayaraq, bazarların və iqtisadiyyatın bundan sonra hara gedəcəyini anlamaq hər zamankindən daha çətin görünür. Artıq maliyyə qurumları risklərin idarə edilməsinin vacibliyinə daha çox diqqət yetirirlər. Vahid balanslı idarəetməni təmin edən və komplaynsi modernləşdirən, biznesi üçün risklərin azaldılmasında maraqlı olan banklar aydın rəqəmsal strategiya hazırlamalı, əsas prosesləri yenidən tərtib etməli və düzgün rəqəmsal təminatçılar yaratmalıdırlar.

Fintex: tərəfdaşlıq və əməkdaşlıq dövrü
Hal-hazırda bir çox bank, sənayenin gələcəyinin necə olacağı barədə düşünür. Bununla birlikdə, aydın olan bir şey budur ki, fintex (maliyyə texnologiyası) gələcəkdə böyük rol oynayacaqdır.Yeganə yol güclü, yeni tərəfdaşlıq və əməkdaşlıqlar qurmaqdır.

Ödəniş ekosistemi: dəyişən vərdişlər
Ödənişlər, pul şəklində dəyəri köçürmək üçün qlobal olaraq istifadə olunan maliyyə alətləridir. Nəticə budur ki, hazırda dünyada 750-dən çox ödəniş sistemi mövcuddur ki, bu sistemlər yeni texnologiya və ya tənzimləyici qanunlar səbəbiylə daima dəyişir. Ənənəvi ödəniş sistemi iştirakçıları hər tərəfdən sıxışdırılır. Sammit zamanı ən son yeniliklərin ödəniş sənayesinə necə təsir edəcəyini müzakirə edəcəyik.

Platforma bankçılığı və rəqəmsal ekosistemlər
Üçüncü tərəf provayderləri ilə əməkdaşlıq çox müxtəlif xidmətlər və məhsullar təqdim etmək üçün vacib amildir. Platformasiya isə müştəri ehtiyaclarına daha yaxşı və məhdud portfeldən kənar xidmətlər göstərməkdir. Müştərilər platforma bankçılığından bir sıra yollarla faydalana bilərlər: rahatlıq, daha çox seçim, məhsulları müqayisə etmək imkanı, daha yaxşı qiymət və s.Bəs əlverişli bir platforma olmaq üçün bank hansı imkanlara ehtiyac duyur?

Alternativ maliyyələşmə
Alternativ borc vermə son bir neçə ildə qısa müddətdə maliyyə sənayesində böyük bir qüvvəyə çevrildi. Maliyyə böhranından bəri alternativ kreditləşmə bir çox cəhətdən inkişaf etmiş və hazırda müxtəlif kredit strukturlarını və məqsədlərini əhatə edir. “Peer-to-peer” kredit bazarı alternativ maliyyələşmənin yalnız bir hissəsidir. Sammitdə müzakirələrimiz fərqli alternativ maliyyələşmə variantları üzərində davam edəcəkdir.

Müştəri təcrübəsi: bankçılıq və fintexin dəyişən dünyası
Rəqəmsal texnologiyalarda baş verən böyük inkişaf müştəri təcrübəsini də kəskin şəkildə dəyişdirdi – hal-hazırda bu daha mürəkkəb və daha rəqabətlidir.Banklar və bütövlükdə bank sənayesi, oyunda qalmaq üçün bu dinamik mənzərəyə uyğunlaşmaq məcburiyyətindədirlər.

Kibertəhlükəsizlik əvvəlkindən daha da vacibdir
COVID-19 pandemiyası zamanı texnologiya rəqəmsal maliyyə xidmətləri üçün sosial təcrid və nəzarət tədbirləri arasında maliyyə əməliyyatlarını sürətləndirmək və təkmilləşdirmək üçün yeni imkanlar yaratdı. Eyni zamanda, rəqəmsal maliyyə xidmətləri inkişaf etdikcə, COVID-19-dan əvvəl ortaya çıxan risklər daha da aktuallaşır.

Data: bankçılıq və fintexin gələcəyi
Məlumat maliyyə xidmətləri sənayesinin ayrılmaz hissəsidir. Məlumat mərkəzli banklar qərar vermək, müştərilərinə daha müvafiq xidmət göstərmək və əməliyyatlarını asanlaşdırmaq üçün məlumat analitikasından istifadə edə bilərlər. Biz məlumat mərkəzli banklar olmağın üstünlüklərini müzakirə edəcəyik.

Blokçeyn və rəqəmsal aktivlər
Kriptovalyutaların arxasında dayanan bir mexanizm olan blokçeyn texnologiyası bu gün yalnız bitcoin və ya eterium əməliyyatları ilə məhdudlaşmır. Blokçeyn, bankçılıq və tibbdən dövlət sektoruna qədər demək olar ki, hər sahəyə daxil olan güclü və etibarlı bir texnologiyadır. Birlikdə blokçeyn texnologiyalarının üstünlüklərini və problemlərini araşdıracağıq.

Tənzimləyici çərçivə: texnologiyaya tətbiq
Yeni rəqəmsal dövrün nəticəsi olaraq bank sahəsindəki dəyişikliklər maliyyə tənzimləmə və nəzarəti çətinləşdirir. Daim dəyişən tənzimləmə mühiti hər növ maliyyə qurumları üçün bir sıra çətinliklər yaradır. Regtex, komplayens yükünü azaltmağa kömək edə biləcək inkişaf etməkdə olan bir sənayedir. Tənzimləmə məsələlərini həll etmək üçün ən son FinTex texnologiyalarını istifadə edərək, RegTex startapları tənzimləyicilərlə maliyyə xidmətləri sənayesi arasındakı boşluğu aradan qaldırır. Sammit rəqəmsal dövrün tənzimləyici problemlərinin öhdəsindən gəlmək üçün başlıca fikirləri və praktiki həlləri təqdim edir.
Qeydiyyat
Tədbirdə iştirak etmək üçün burada qeydiyyatdan keç
Qeydiyyata keçTədbirlərimizin qalereyası
Azərbaycanı kəşf et






