Erol UluPayPorter, Baş İcraçı Direktor və İdarə Heyətinin üzvü
Bu bizim Azərbaycanda iştirak etdiyimiz ilk tədbirdir. Biz tədbirlə bağlı həmkarlar tərəfindən aparılan öncədən məlumatlandırılma və yönləndirilmə prosesindən çox məmnunuq. Biz belə kütləvi iştirak gözləmirdik və bu bizi çox xoşbəxt edir. Burada tanıdığımız insanlar bizim biznesimiz ilə maraqlıdırlar. Tədbirlə bağlı, təşkilatçılardan və onların dəstəyindən olduqca məmnunuq. Biz onlara bizi dəvət etdiklərinə görə minnətdarlığımızı bildiririk. Bu ilk olsa da, əminliklə deyə bilərəm ki, sonuncu olmayacaq.
Denis Novikov
Denis NovikovQulix Systems, Biznesin inkişafı, direktor müavini
Mən təşkilatçılara öz minnətdarlığımı bildirmək istəyirəm. Bu tədbirdə iştirak etmək çox xoşdur. Xüsusilə, mən mühiti, yeni tərəfdaşlıqlara girə biləcəyimiz, birlikdə yeni müştərilər axtara biləcəyimiz çox sayda bankların, bizneslərin və İT şirkətlərinin iştirak etməsini bəyənirik. Ümumilikdə, möhtəşəm ölkə, gözəl şəhər və heyrətamiz məkandır və biz növbəti dəfə də dəvət ediləcəyimizə, burada, xüsusilə də bankçılıq sektorunda aktiv şəkildə inkişaf edəcəyimizə ümidvarıq.
Kirill Ovsyannikov
Kirill OvsyannikovBS/2, Marketinq şöbəsinin sədri
Biz Bakıda keçirilən Dördüncü Beynəlxalq Bankçılıq Forumunda iştirak etməkdən çox məmnunuq. Azərbaycan Banklar Assosiasiyasına belə möhtəşəm tədbirin təşkilatçılığına görə təşəkkür edirik. Bu konfrans bizim üçün çox faydalıdır, çünki bu bizə bankların özünəxidmət kanalları üzrə ortaq inkişaf strategiyalarını yerli və beynəlxalq bankların nümayəndələri ilə müzakirə etməyə imkan verir. Bu bizim şirkət üçün dəyərli və əziz müştərilərimiz ilə birbaşa əlaqə yaratmaq istiqamətində tamamilə unikal bir şansdır.
Mixail Alekseev
Mixail AlekseyevSolanteq
Bu çox gözəl təşkil olunmuş tədbirdir. Mən inanıram ki, burada çox dəyərli mövzular olacaq, çünki gündəlik olduqca maraqlıdır. Mən Bakıda 5 ildir ki olmamışam, şəhər çox dəyişib və gözəl təəssürat bağışlayır. Və hər zamankı kimi, yerli əhali çox qayğıkeş, mehriban və savadlıdırlar və bu məni şad edir.
Wael IssaSmartStream Texnologiyaları, Birlik meneceri
Biz SmartStream-i təmsil edirik. Biz Azərbaycanın paytaxtı olan Bakıda və Fintex Sammitə qoşulmaqdan məmnunuq. Ümidvaram ki, bu yaxın gələcəkdə biz yenidən görüşəcəyik.