Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil edilən FİNTEX SAMMİT ONLAYN (MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ) adlı tədbir 28-29 yanvar 2021-ci il tarixlərində keçirilmişdir. Sammit Azərbaycanda ilk dəfə olaraq virtual stendlər, “networking” xüsusiyyətlərinə malik xüsusi platforma üzərindən təşkil edildi.

İki gün ərzində təxminən 5000 nəfər Sammit platformasını fəal şəkildə ziyarət edib. Tədbir platformasını dünyanın 45 ölkəsindən 104 şəhərindən ziyarətçilər ziyarət etdilər. Sammitdə müxtəlif beynəlxalq və yerli şirkətlərin 60-a yaxınspikeri çıxış edib, iştirakçılar ilə təcrübələrini bölüşüb, mövzular və panelləri müzakirə edib. Sammitdə 9 paneldəki çıxışların hər biri məruzəçi və iştirakçılar tərəfindən maraqla qarşılandı, cari dövrün aktuallığı xüsusi vurğulandı.

Sammiti giriş sözü ilə, VİSA şirkətində vitse-prezident, MDB və Cənub-Şərqi Avropa regionunda həllər üzrə rəhbər Kristina Doros açıq elan edib.

Daha sonra, Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev, Türkiyə Banklar Assosiasiyasının Baş katibi Ekrem Keskin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev çıxış ediblər.

Sammit 9 paneldən ibarət olmaqla “Fintex-Tərəfdaşlıq və əməkdaşlıq dövrü”, “ Risklər”, “Ödəniş ekosistemləri: Dəyişən vərdişlər”, “Maliyyə xidmətlərində blokçeyn”, “ İnsan mərkəzli fintex”, “Kibertəhlükəsizlik hər zamankından daha vacibdir”, “ Şəhər mobilliyi” “ Tənzimləyici çərçivə: Texnologiyanın tətbiqi” və “ Müştəri təcrübəsi: Bank və fintexin daim dəyişən dünyası” mözvularını əhatə edib.


Tədbirin videosu ilə link vasitəsilə tanış ola bilərsiniz:

Gün 1 - 28 yanvar: 

Gün 2 - 29 yanvar:



Çıxışlar və təqdimatlar:

Açılış nitqləri:


Təqdimatlar:

FİNTEX: TƏRƏFDAŞLIQ VƏ ƏMƏKDAŞLIQ DÖVRÜ.

  1. Banklarla UPT əməkdaşlığı: WSBI, Ədalətli Dəyər köçürmələri
  2.  FinTex ekosistemi üçün uğurlu bir strategiya necə inkişaf etdirilir? Milli ambisiyaların və bazar iştirakçılarının ehtiyaclarını bir araya gətirilməsi
  3. Süni intellekt və ML texnologiyaları bank əməliyyatlarında
  4. Başdan sona rəqəmsal banklar: tələb olunan ekosistem və çağırışlar
  5. Qlobal əməkdaşlıq və ticarətin inkişafında maliyyə texnologiyalarının rolu

RİSKLƏR.

  1. Yeni maliyyə riskinin idarə olunması: Mühit Riski
  2. Xərcləri və təhlükəsizliyi tarazılaşdırma: Fərdi məlumatların qorunmasında əsas qlobal meyllər
  3. Qlobal riskin artması və bank menecmentində erkən xəbərdarlıq sistemlərinin əhəmiyyəti
  4. Stres Testin uzaqgörən cəhəti

ÖDƏNİŞ EKOSİSTEMİ: DƏYİŞƏN VƏRDİŞLƏR.

  1. The Next Normal
  2. İnterfeyslər: pərakəndə ödəmə sənayesində diqqət mərkəzi
  3. 21-ci əsrin bank ekosistemi üçün rəqəmsal platforma
  4. Bank ekosisteminin bir hissəsi kimi elektron faktura və B2B ödəniş xidməti (www.kasssa.com xidmətinə əsaslanaraq)
  5. Kipr cəlbedici bir investisiya məkanıdır

MALİYYƏ XİDMƏTLƏRİNDƏ BLOKÇEYN.

  1. Azərbaycan Respublikasının Mərkəzi Bankı Fintex təşəbbüsləri: layihələr və gələcək planlar
  2. Paylanmış reyestr texnologiyası – canlı layihələrin panoraması: texnologiyaların tətbiqi üçün yeni imkanlar
  3. Maliyyə Sənayesi üçün Rəqəmsal Kimlik və Təsdiqləmə
  4. Masterchain: Rusiyada Maliyyə üçün sertifikatlaşdırılmış blok zənciri infrastrukturu

KİBERTƏHLÜKƏSİZLİK HƏR ZAMANKINDAN DAHA VACİBDİR.

  1. Koronavirusun Ödəniş Sistemi riskinə təsiri
  2. Təhlükəsizlik İdarəetməsi: müdafiə və komplayensdən biznes dəyəri və etimada
  3. Məsafədən iş şəraitində korporativ məlumatların qorunması
  4. Kiber təhlükəsizlik niyə vacibdir? Rəqib platformasının gözü ilə təhlükəsizliyin təmini

TƏNZİMLƏYİCİ ÇƏRÇİVƏ: TEXNOLOGİYANIN TƏTBİQİ.

  1. Tənzimləyici “Sandbox” vasitəsi ilə Fintex üçün risklərin azaldılması və imkanların yaradılması
  2. Maliyyə cinayətləri üzrə risk analizini standartlaşdırmaq və avtomatlaşdırmaq üçün texnologiyanın tətbiqi
  3. Texnoloji Çağırışlar: qayda və prinsip əsaslı tənzimləmə
  4.  İnnovasiyada tənzimləyicinin rolu: Hüquqi aspektlər
  5. Azərbaycanda fintex fəaliyyətinə tənzimləyici yanaşma
  6.  Aktiv monitorinqi üçün müasir bank-fintex həlləri

MÜŞTƏRİ TƏCRÜBƏSİ: BANK VƏ FİNTEXİN DAİM DƏYİŞƏN DÜNYASI.

  1. Onlayn ödəmələr alıcıların və satıcıların gözü ilə
  2. Yeni reallıqda ənənəvi bankçılıq üçün bir yer varmı? İnnovasiya sənayedə dəyişiklikləri necə sürətləndirəcək?
Digər Xəbərlər