Bakıda FINTEX SAMMİT 2024 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbiri keçiriləcək.

VISA ilə əməkdaşlıq çərçivəsində keçiriləcək FİNTEX SAMMİT 2024 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbirinin baş tutacağı tarixi elan etməkdən məmnunluq duyuruq. Sammit “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusunda 15-16 may 2024-cü il tarixlərində Bakıda keçiriləcəkdir.

FİNTEX 2021 onlayn, FİNTEX 2022 BAKI, FİNTEX 2023 BAKI, FİNTEX 2023 İSTANBUL tədbirini xatırlayaq: 

VISA Fintex barədə

FINTEX 2024-ün veb səhifəsi: https://www.gbmevents.az/az/event/fintex-sammiti-2024-maliyye-ve-texnologiyalar-sergisi 

Kifayət qədər tarixə malik olan Sammit bütün maraqlı tərəflərin bir araya gələrək, yeni fikirlər, təcrübələr bölüşdüyü, öz məhsullararını təqdim etdiyi, işgüzar əlaqələr qurduğu və maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu mükəmməl bir platforma olaraq özünü sübut etmişdir. Tədbirdə tərəfdaşlar və iştirakçılar üçün hər zaman yeni imkanların olması bizi hər zaman həvəsləndirir.

FINTEX SAMMİT Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Sammit tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya gətirir.

FINTEX SAMMIT ISTANBUL tədbiri 2024-cü ilin oktyabr ayında, Türkiyənin İstanbul şəhərində;

BEYNƏLXALQ BANKÇILIQ FORUMU isə 3-4 dekabr tarixində Bakı şəhərində keçiriləcək.

Sizi aramızda görməyə çox şad olarıq.

Əlaqə vasitələri: [email protected]; [email protected]

Digər Xəbərlər