Bakıda FINTEX SAMMİT 2023 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbiri keçiriləcək.

VISA ilə əməkdaşlıq çərçivəsində keçiriləcək FINTEX SAMMIT 2023 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbirinin baş tutacağı tarixi elan etməkdən məmnunluq duyuruq. Sammit “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusunda 13-14 iyun 2023-ci il tarixlərində Bakıda keçiriləcəkdir.

FINTEX 2019, FINTEX 2021 onlayn və FINTEX 2022 tədbirini xatırlayaq:  

VISA Fintex barədə

FINTEX 2023-nin veb səhifəsi: https://www.gbmevents.az/en/event/fintex-summit-2023-finance-and-technologies-expo 

Kifayət qədər tarixə malik olan Sammit bütün maraqlı tərəflərin bir araya gələrək, yeni fikirlər, təcrübələr bölüşdüyü, öz məhsullararını təqdim etdiyi, işgüzar əlaqələr qurduğu və maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu mükəmməl bir platforma olaraq özünü sübut etmişdir. Tədbirdə tərəfdaşlar və iştirakçılar üçün hər zaman yeni imkanların olması bizi hər zaman həvəsləndirir.

FINTEX SAMMİT Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Sammit tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya gətirir.

Sammitdə aşağıdakı mövzular müzakirə ediləcəkdir:

  • AYRILMAZ EKOSİSTEMLƏR: BANKÇILIQ VƏ FİNTEX
  • ESG ÜÇÜN FAYDALI OLAN SEKTOR ÜÇÜN FAYDALIDIR
  • SUPER BANK TƏTBİQİ VƏ YA SUPER FINTEX
  • AÇIQ BANKÇILIQDAN AÇIQ MƏLUMATLARA DOĞRU
  • “EMBEDDED” BANKÇILIQ VƏ BANKÇILIQ XIDMƏT KIMI
  • MANEƏSİZ RƏQƏMSAL ONBORDİNQ
  • ÖDƏNİŞLƏRDƏ NÖVBƏTİ BÖYÜK PARTLAYIŞ
  • RƏQƏMSAL MÜHİTDƏ RƏQƏMSAL AKTİVLƏR
  • MÜXBİR ƏLAQƏLƏR: DAYANIQLILIQ VACİBDİR
  • KREDİTLƏŞMƏDƏ YENİ YANAŞMALAR
  • YENİ NORMAL, YENİ TƏNZİMLƏNMƏ
  • HƏR ŞEYƏ QADİR DATA
  • KİBERTƏHLÜKƏSİZLİK

Sammit çərçivəsində “Maliyyə və Rəqəmsal Texnologiya Günləri” elan ediləcək və müxtəlif əlaqədar yan tədbirlər də (mitaplar, vebinarlar, yarışmalar və s.) keçiriləcəkdir.


Sizi aramızda görməyə çox şad olarıq.

Digər Xəbərlər