"IBF 2022" Azərbaycan Banklar Assosiasiyası tərəfindən hər il təşkil edilən iki ən böyük tədbirlərdən biridir.

VI BEYNƏLXALQ BANKÇILIQ FORUMU (IBF 2022) 24-25 noyabr 2022-ci il tarixində, Bakı şəhərində, MasterCard-la əməkdaşlıq çərçivəsində keçiriləcək. Forumun mövzusu: ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQDIR. Forum Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə keçirilir.

Forum real və onlayn imkanları özündə birləşdirməklə hibrid formada keçiriləcəkdir.

IBF 2019 və IBF 2021 tədbirini xatırlayaq: 

İki günlük tədbir Bakıda illik əsasda keçirilən iki tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir. Bütün tədbirlərimizi görmək üçün linkə daxil ola bilərsiniz: https://www.gbmevents.az/az/events

Kifayət qədər tarixə malik olan Forum bütün maraqlı tərəflərin bir araya gələrək, yeni fikirlər, təcrübələr bölüşdüyü, öz məhsullararını təqdim etdiyi, işgüzar əlaqələr qurduğu və maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu mükəmməl bir platforma olaraq özünü sübut etmişdir. Tədbirdə tərəfdaşlar və iştirakçılar üçün hər zaman yeni imkanların olması bizi hər zaman həvəsləndirir.

IBF 2022 Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Forum tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya gətirir.

Forumda aşağıdakı mövzular müzakirə ediləcəkdir:

  • BANKÇILIQ: YENİ TEXNOLOGİYALARLA DAHA ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI
  • POST-COVİD DÖVRÜNDƏ BANKÇILIQ: ÇAĞIRIŞLAR VƏ İMKANLAR
  • NƏĞD PUL DÖVRİYYƏSİ: PROSESİ NECƏ OPTİMALLAŞDIRMALI
  • SUPER-TƏTBİQLƏR VƏ RƏQƏMSAL PLATFORMALAR
  • AÇIQ BANKÇILIQ: GƏLƏCƏK DAHA ƏLAQƏLİDİR
  • “EMBEDDED” BANKÇILIQ VƏ BANKÇILIQ XIDMƏT KİMİ
  • RƏQƏMSAL ONBORDİNQ VƏ MANEƏSİZ RƏQƏMSAL SƏYAHƏT
  • ÖDƏNİŞLƏR: ASANLIQDAN SUPER SÜRƏTLİ VƏ SUPER MANEƏSİZƏ DOĞRU
  • RƏQƏMSAL AKTİVLƏR: BİZİ NƏ GÖZLƏYİR
  • KİBERTƏHLÜKƏSİZLİK TRENDLƏRİ

Forum çərçivəsində müxtəlif əlaqədar yan tədbirlər (mitaplar, vebinarlar, seminarlar, yarışmalar və s.) keçiriləcəkdir.

Sizi Forumda görməyə çox şad olarıq.

Bizi LinkedIn və Facebook-da izləyin:

Digər Xəbərlər