"Fintex Sammit" Azərbaycan Banklar Assosiasiyası tərəfindən hər il təşkil edilən iki ən böyük tədbirlərdən biridir.

FİNTEX SAMMİT - MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ 14-15 may 2020-ci il tarixlərində Bakı şəhərində keçiriləcək. Sammitin mövzusu “Bankçılıq və Ödəniş Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Maliyyə Texnologiyaları və Təhlükəsizlik” olacaq. Tədbir VISA tərəfdaşlığı və Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilir.

İki günlük bu tədbir Bakıda illik olaraq təşkil edilən iki tədbirdən biridir. (Digəri isə hər il noyabr ayında baş tutan BEYNƏLXALQ BANKÇILIQ FORUMUDURhttps://www.gbmevents.az/en/events.) və regionun ən qabaqcıl maliyyə və bankçılıq tədbiridir.

Sammit maliyyə texnologiyaları, rəqəmsallaşma, ödənişlər ekosistemi sahəsində yeni və qarşıdan gələn trendlər ilə bağlı fikir və təcrübə mübadiləsi üçün platforma olmaq məqsədi daşıyır. Bu platforma yeni maliyyə və bankçılıq məhsullarının, innovativ ödəmə həllərinin, rəqəmsal valyutaların, banklar və fintexlərin əməkdaşlıq imkanlarının və belə yeni texnologiyaların geniş vüsət alması ilə paralel yarana biləcək təhlükəsizlik çağırışlarının müzakirəsinə imkan yaradan məkandır. Bura həm də bu cür yeni məhsul və xidmətlər üçün hüquqi bazanın yaradılması ilə bağlı ən yaxşı təcrübələrin nəzərdən keçirildiyi və bu proseslərin maliyyə dayanıqlılığı və maliyyə inklüzivliyinin möhkəmləndirilməsinə və müştəri məmnuniyyətinə göstərdiyi təsirin öyrənildiyi yerdir.

Sammit müvafiq dövlət orqanlarının, maliyyə və bankçılıq üzrə tənzimləyici orqanların baş icraçı direktorları və menecmentini, . kommersiya banklarının və maliyyə texnologiyaları şirkətlərinin yuxarı menecmentini, kommersiya və ictimai təşkilatlarının menecerlərini, digər qərarverici və təsiredici şəxsləri, bir sıra beynəlxalq maliyyə institutları və yerli səfirliklərin nümayəndələrini, akademikləri, maliyyə və bankçılıq məhsulları və xidmətləri təklif edən qabaqcıl şirkətləri və digər maraqlı tərəfləri bir araya toplayır.

Sammit çərçivəsində “Maliyyə və Rəqəmsal Texnologiyalar Günləri” elan ediləcək və əlaqədar olaraq müxtəlif kənar tədbirlər (görüşlər, seminarlar, müsabiqələr və s.) də keçiriləcək.


Forumun əsas mövzuları:

  • Banklar və Fintex: inkişaf edən münasibətlər
  • Ödənişlər və bank xidmətləri
  • Bankların elektron ticarətdə meydana çıxan rolu
  • Robotexnikaya keçid
  • Hüquqi çərçivə
  • Kiber təhdidlər və təhlükəsizlik
  • Pərakəndə bankçılıq: Daha güclü
  • Açıq bankçılıq: dəyişən maliyyə xidmətləri
  • Kriptosistem
  • Ağıllı bank texnologiyaları
  • Maliyyə xidmətlərində trendlər
  • Müştəri mərkəzli dünya (müştəri mərkəzlilik)
Digər Xəbərlər