IV Beynəlxalq Bankçılıq Forumu

Nağdsız İqtisadiyyat:Dayanıqlı Bankçılığa Doğru

Boulevard Otel, Bakı, Azərbaycan
15Gün
10Saat
33Dəq
35San

Forum haqqında

Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilən iki günlük Beynəlxalq Forum, regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindən olmaqla Assosiasiya tərəfindən hər il təşkil edilən iki beynəlxalq tədbirdən biridir (https://www.gbmevents.az/en/events).

Forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayns sahəsindəki yeniliklər və risklərin, həmçinin sadalananların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.

Forum maliyyə-bank sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərlərini, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının yuxarı menecmentini, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərlərini, digər qərar qəbulediciləri, influenserləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, akademik dairələrin nümayəndələrini, maliyyə və bankçılıq sahəsinə aid məhsul və xidmətlər təklif edən xarici və yerli şirkətlərdən iştirakçıların bir araya gəldiyi məkandır.

2 GünƏn produktiv günlər
60 MəruzəçiƏn yaxşı məruzəçilər sizin üçün danışacaq
130 ŞirkətSektorun qabaqçıl təmsilçiləri
1000 İştirakçıSektorunun maraqlı tərəfləri tədbirdə olacaq
4 PanelBütün mövzular əhatə olunacaq

Məruzəçilər

Məruzəçi ol

Gündəlik

  • Gün I / 06 Noy
  • Gün II / 07 Noy
Rəqəmsallığa doğru: Bankçılığın transformasiyası

Rəqəmsallığa doğru: Bankçılığın transformasiyası

Maliyyə institutları inanır ki, rəqəmsallaşma bankçılığı köklü surətdə dəyişəcək və sektorun rəqabət landşaftını tam olaraq transformasiyaya uğradacaq. Bir çox banklar öz rəqəmsal səyahətlərinə illər öncə başlamış və aydın strategiyaya malik olsalar da, hətta onlar belə böyük dəyişikliklərlə üz-üzədirlər.Bankçılığın top menecerlər tərəfindən yönləndirdiyi yeni hərəkətverici qüvvəsi bazarda baş verən dəyişikliklərlə bağlı çağırışların həllinə, daha çevik (agile) və gündəlik fəaliyyətin daha açıq və şəffaf olmasına gətirib çıxaracaq.

Yeni ödəniş dünyası: cari vəziyyət və gözləntilər

Yeni ödəniş dünyası: cari vəziyyət və gözləntilər

Ödənişlər dəyərin pul şəklində transferi üçün qlobal səviyyədə istifadə edilən vasitələrdir. Nəticə ondan ibarətdir ki, hazırda dünyada 750 dən çox ödəniş sistemləri var və bu sistemlər texnologiya eləcə də dövlət tənzimlənməsinin təsiri ilə davamlı şəkildə dəyişikliyə uğrayırlar. Ödəniş sisteminin ənənəvi oyunçuları bütün tərəflərdən təzyiqə məruz qalırlar. Forumda biz son innovasiyaların ödəniş ekosisteminə necə təsir edəcəyini müzakirə edəcəyik.

Biznes üçün mükəmməl rəqəmsal bank

ƏŞYALARIN İNTERNETİ (İOT) ERASININ YÜKSƏLİŞİ: TRENDLƏR VƏ PROQNOZLAR

İoT maliyyə landşaftı üçün bir çox üstünlüklər yaradır. İoT bank sistemini necə dəyişir? Banklar uğurlu İoT strategiyasını necə qura bilərlər? Forumda İoT-un bank sektoru və maliyyə sisteminin digər sahələrinə gətirə biləcəyi üstünlüklər - sadələşdirilmiş qərarqəbuletmə prosesləri, real vaxt rejimində məlumat mübadiləsi, təkmilləşdirilmiş müştəri xidmətləri, avtomatlaşdırılmış ödənişlər, fırıldaqçılıq hallarının aşkarlanması və qarşısının alınması - barədə müzakirələr aparılacaq.

Açıq bankçılıq: dəyişən maliyyə xidmətləri

Açıq bankçılıq: dəyişən maliyyə xidmətləri

Açıq bankçılıq baza xidmətlərinin innovasiyası və transformasiyası üçün əhəmiyyətli imkanlar açır. Biz burada rəqəmsal transformasiyaya dəstək ola biləcək açıq bankçılığın uyğun dizaynı və tətbiqi barədə söhbət açacağıq. Forum hazırda APİ-lərin onlayn bankçılığa inteqrasiyasının ən qabaqcıl yollarını araşdıracaq.

Məlumat bazasının bankçılıqda rolu

Məlumat bazasının bankçılıqda rolu

Rəqəmsal inqilab maliyyə idarəçiliyi üçün bir sıra yeni imkanlar açır. 2020-ci ildə biq data və biznes analitikasının (BDA) qlobal gəlirliliyi 203 milyard dollardan çox olacaq. Forumda bu imkanların bankçılıq üçün nələr vəd etdiyini müzakirə edəcəyik.

Smart bankçılıq texnologiyaları

Smart bankçılıq texnologiyaları

Maliyyə sektorundakı innovativ texnologiyalar bank sistemində inqilabi yeniliklərə gətirib çıxarır. Bu texnologiyaların təmin etdiyi üstün seqmentasiya və hədəf potensialı fərdi, yüksək hədəfli kommunikasiyaları gücləndirir. Nəticədə, bankçılığın ənənəvi səhnəsi yaxın illərdə sürətli keçidə hədəflənir. Hansı texnoloji trendlər önümüzdəki aylarda və illərdə ən aktual trendlər olacaq? Böyük məlumatlar bazası və süni intellekt? Bulud texnologiyaları? Yalnız rəqəmsal banklar? Bu suallara cavablar axtaracağıq.

Alternativ kreditləşmə dalğası

Alternativ kreditləşmə dalğası

Alternativ kreditləşmə ötən illər ərzində maliyyə sisteminin əsas hərəkətverici qüvvələrindən birinə çevrilmişdir. Maliyyə böhranından sonra alternativ kreditləşmə bir neçə istiqamətlərdə inkişaf etmiş və hazırda çoxməqsədli və geniş çeşidli struktura malikdir. Vasitəçisiz kreditləşmə (P2P) bazarı alternativ kreditləşmənin yalnız bir qoludur. Forumda alternativ kreditləşmənin müxtəlif istiqamətləri barədə müzakirələr aparılacaq.

Komplayns və tənzimləmə sahəsindəki risklər

Komplayns və tənzimləmə sahəsindəki risklər

Böyüklüyündən kiçikliyindən asılı olmayaraq tənzimləmənin tələblərinə uyğun olmaq bütün maliyyə qurumları üçün gündəlik diqqət mərkəzində olan məsələyə çevrilmişdir. Bu standartlara cavab vermək asan iş olmasa da, başqa seçim yoxdur; komplaynsın tələblərinə əməl edilməmənin gətirə biləcəyi itgilər müqayisə olunmaz dərəcədə yüksəkdir. Forum bankların tənzimləmənin tələblərinə uyğunsuzluq risklərini azaltmaları üçün görə biləcəkləri tədbirlər barədə müzakirələr aparacaq peşəkar spikerləri bir araya toplayacaq.

Etibarlı autentifikasiya

Etibarlı autentifikasiya

Forumda güclü müştəri autentifikasiyası, etibarlı autentifikasiyanın təhlükəsizliyi üçün biometrik texnologiyanın inteqrasiyası, identifikasiya şəbəkələri üzrə peşəkar məruzələr olacaq. Bankların dönüşümləri sürətləndirmək və müştəri loyallığının saxlanması üçün yeni autentifikasiyası metodlarından necə istifadə etdiklərindən söhbət açacağıq. Banklar kimlik modellərindən istifadə etməklə müştərilərlə münasibətləri necə dəyişə bilər?

Rəqəmsal dövrün tənzimləmə sahəsindəki çağırışları

Rəqəmsal dövrün tənzimləmə sahəsindəki çağırışları

Müasir rəqəmsal dövrün təsiri ilə bankçılığın transformasiyası bank-maliyyə sistemindəki tənzimləmə və nəzarəti mahiyyətcə yeni müstəviyə çıxarır. Davamlı dəyişən tənzimləmə mühiti maliyyə sisteminin bütün iştirakçılarını daimi çağırışlarla üz-üzə qoyur. Reqtek (Regtech) komplayns yükünü azalda biləcək yeni bir sahədir. Tənzimləmənin tələblərinə uyğunlaşmaq üçün son fintex texnologiyalardan istifadə etməklə reqtek startaplar tənzimləyici orqanlarla maliyyə xidmətləri sektoru arasındakı məsafəni azaldır. Forum rəqamsal dövrün tənzimləmə sahəsindəki çağırışlarının öhdəsindən gəlmək üçün əsas məqamları və praktiki həlləri təqdim edir.

Tərəfdaşlarımız

Mastercard
cross
tieto
Antaris
Altair-technologies
BS2
Portmanat
Banks and Business Newspaper
İnfobank.by
bdoto
Bankovskiye texnoloqii
10 times
World-Expo
Azırbaycan Kredir Bürosu
Millikart-group
Bank of Baku
Expressbank
Muğanbank
Nikoil bank
Premium bank
Rabitə-bank
Turan bank
Unibank
Xalqbank

Qeydiyyat

Tədbirdə iştirak etmək üçün burada qeydiyyatdan keç

Qeydiyyata keç

Azərbaycanı kəşf et

Məkan

Mesaj göndər