“FINTEX SAMMİT" Azərbaycan Banklar Assosiasiyası tərəfindən hər il təşkil edilən iki ən böyük tədbirlərdən biridir.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı, Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə 16-17 may 2019-cu il tarixlərində Bulvar Oteldə FINTEX SAMMIT adlı tədbir keçiriləcək.

Sammit maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminə dair fikir və təcrübə mübadiləsi üçün platforma olmaq məqsədi daşıyır. Bu platforma yeni maliyyə və bankçılıq məhsullarının, innovativ ödəmə həllərinin, rəqəmsal valyutaların, banklar və fintexlərin əməkdaşlıq imkanlarının və belə yeni texnologiyaların geniş vüsət alması ilə paralel yarana biləcək təhlükəsizlik çağırışlarının müzakirəsinə imkan yaradan məkandır.

“FINTEX Sammit” 3 Paneldən ibarət olmaqla, 

  1. Ənənəvi və yeni texnologiyalar: bankçılığın dəyişən siması – fintexlərin rolu
  2. Ödəniş ekosistemi: yeni iştirakçılar, yeni həllər 
  3. “Təhlükəsizlik və risklər” mözvularını əhatə edəcək.

Maliyyə və Texnologiyalar Sammiti

Regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindən biri olan sammitin Qlobal Sponsoru “VISA” şirkətidir. Həmçinin, sammitdə Yaponiya, ABŞ, Avropa və MDB ölkələrindən spikerlər, qonaqlar, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak edəcək.

İştirakçılar və spikerlər arasında "VISA", "European Banking Federation", "Mastercard","Yandex Money", "Qulix Systems", "Standard Chartered Bank", "SWIFT" və s. kimi beynəlxalq şirkətlərin nümayəndələri var.

Digər Xəbərlər