"V Beynəlxalq Bankçılıq Forum"u Azərbaycan Banklar Assosiasiyası tərəfindən hər il təşkil edilən iki ən böyük tədbirlərdən biridir.

Daha öncə görünməmiş və gözlənilməyən, mahiyyətcə yeni çağırışlarla üzləşən iqtisadiyyatlar, maliyyə sistemləri, bank, ödəniş və fintex ekosistemləri dəyişikliklər dalğası ilə sınanmaqdadırlar. Texnologiya və rəqəmsallaşma baxımından irəlidə olanlar asanlıqla bu dəyişikliklərə uyğunlaşır və çağırışların öhdəsindən gəlir.

Müvəffəqiyyətin yeganə yolu isə əlaqədə qalmaq, əməkdaşlıq etmək, transformasiya olaraq həmişəkindən daha çevik hərəkət etməkdir.

Maliyyə ekositeminin yeni reallıqlarını bir araya gələrək müzakirə etmək və qarşıdaki gözləntiləri dərindən incələmək üçün 17-18 noyabr, 2020-ci il tarixində, Bakı şəhərində Mastercard beynəlxalq kart təşkilatı ilə tərəfdaşlıqda "V BEYNƏLXALQ BANKÇILIQ FORUMU"nun (BBF) keçirilməsi planlaşdırılır.

Bu ilki yubiley Forumun mövzusu: "Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı".

Biz sizinlə üz-üzə, real tədbirdə görüşməyi ümid edirik. Buna baxmayaraq, B planına da hazırıq, belə ki, onlayn tədbirə keçən real tədbiri virtual tədbirə çevirərək harada olmağınızdan asılı olmayaraq bir araya gələ bilərik.

Forum MASTERCARD-ın tərəfdaşlığı və Azərbaycan Banklar Assosiasiyası, Mərkəzi Bank, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə keçirilir.

BBF 2019-ü xatırlayaq: https://www.youtube.com/watch?v=BpK-TeF22-8&feature=emb_title

İki günlük Beynəlxalq Forum il ərzində Bakıda keçirilən iki illik tədbirdən biri olmaqla (digər tədbir hər ilin may ayında keçirilən FINTEX SAMMIT-dir: https://www.gbmevents.az/en/events) regionun ən nüfuzlu maliyyə-bank tədbiridir.

Kifayət qədər tarixə malik olan Forum bütün maraqlı tərəflərin bir araya gələrək, yeni fikirlər, təcrübələr bölüşdüyü, məhsullar təqdim etdiyi, bir-birilərindən öyrəndiyi, işgüzar əlaqələr qurduğu və maliyyə texnologiyaları, rəqəmsallaşdırma, ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu mükəmməl bir platforma olaraq özünü sübut etmişdir. Forumda tərəfdaşlar və iştirakçılar üçün hər zaman yeni imkanların olması bizi daha da həvəsləndirir.

BBF və Fintex Sammit Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbirləridir. Forum tənzimləyici orqanların, bankların, fintexlərin, ictimai birliklərin, beynəlxalq maliyyə təşkilatların, yerli səfirliklərin, akademik dairələrin, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərarqəbuledicilər və influenserləri bir araya gətirir.

Yubiley Forumunda Sizlərlə aşağıdakı mövzuları müzakirə edəcəyik:

  • Bankçılıq: növbəti onilliyə hazırlıq;
  • Ödənişi innovativ edin;
  • Bankçılıq hər cihazda;
  • Platforma bankçılığı və rəqəmsal ekosistemlər;
  • İnkişaf edən elektron ticarət: artan tələbat;
  • Robototexnika və süni intellekt: bankçılıqda irəliləmə yolu;
  • Unikal kibertəhlükəsizlik məsələləri;
  • Qeyri-müəyyənlik kontekstində tənzimləmə;
  • Komplaynsa fokuslanma;
  • Təhlükəsiz identifikasiya.

Forum çərçivəsində “Nağdsız Cəmiyyət Günləri” elan ediləcək və müxtəlif əlaqədar yan tədbirlər və mitaplar keçiriləcəkdir.

Digər Xəbərlər