FINTEX SAMMİTİ 2022 - Maliyyə və Texnologiyalar Sərgisi

Bank və Maliyyə Ekosistemində Yeni Trendlər İnnovativ Həllər, FinTech və Təhlükəsizlik

Boulevard Otel, Bakı, Azərbaycan
15Gün
5Saat
10Dəq
50San

Sammit haqqında

Azərbaycanda, Bakı şəhərində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Fintex Assosiasiyasının, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilən iki günlük Sammit, Assosiasiya tərəfindən hər il təşkil edilən iki beynəlxalq tədbirdən biridir (digəri isə hər ilin noyabr ayında baş tutan Beynəlxalq Bankçılıq Forumudur: https://www.gbmevents.az/az/events). Sammit ölkənin maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərlərinin, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının yuxarı menecmenti, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, akademik dairələrin nümayəndələri, maliyyə və bankçılıq sahəsinə aid məhsul və xidmətlər təklif edən xarici və yerli şirkətlərdən iştirakçıları bir araya toplayan, regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindən biridir.

Sammit maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminə dair fikir və təcrübə mübadiləsi üçün platforma olmaq məqsədi daşıyır. Bu platforma yeni maliyyə və bankçılıq məhsullarının, innovativ ödəmə həllərinin, rəqəmsal valyutaların, banklar və fintexlərin əməkdaşlıq imkanlarının və belə yeni texnologiyaların geniş vüsət alması ilə paralel yarana biləcək təhlükəsizlik çağırışlarının müzakirəsinə imkan yaradan məkandır. Sammit sözügedən yeni xidmətlər və məhsulların, innovasiyaların hüquqi çərçivəyə salınması sahəsindəki qabaqcıl təcrübələrin, eləcə də bütün bu proseslərin maliyyə dayanıqlılığının və maliyyə inkluzivliyinin gücləndirilməsinə və müştəri məmnunluğuna göstərdiyi təsirin öyrənildiyi yerdir.

2 GünƏn produktiv günlər
45 MəruzəçiƏn yaxşı məruzəçilər sizin üçün danışacaq
120 ŞirkətSektorun qabaqçıl təmsilçiləri
1500 İştirakçıSektorunun maraqlı tərəfləri tədbirdə olacaq
8 PanelBütün mövzular əhatə olunacaq

Məruzəçilər

Məruzəçi ol

Gündəlik

  • Gün II / 14 İyn

Məkan

Boulevard Otel, Bakı, Azərbaycan
Mesaj göndər